Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov Prezident İlham Əliyevə məktub göndərib

Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov Prezident İlham Əliyevə məktub göndərib
# 12 noyabr 2020 14:32 (UTC +04:00)

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

APA-nın xəbərinə görə, məktubda deyilir:

"Çox hörmətli İlham Heydər oğlu.

Döyüş əməliyyatlarının dayandırılması, Rusiya, Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmalarla əlaqədar Sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Bu razılaşmalar Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək, regiona çoxdan gözlənilən sülh gətirəcək. Uzun müddət davam etmiş bu münaqişənin nizamlanmasında Sizin göstərdiyiniz mərdlik, müdriklik, əzm və təmkinə ancaq qibtə etmək olar. Beləliklə, köçkünlərin dinc qurucu əməklə məşğul olmaq üçün öz doğma evlərinə qayıtmalarına yol açılır. Siz dahi atanızın vəsiyyətini həyata keçirdiniz.

Əminəm ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da ənənəvi dostluq və qarşılıqlı anlaşma ruhunda inkişaf edəcək.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar, Azərbaycan vətəndaşlarına sülh və tərəqqi arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR