Rusiya XİN Azərbaycanın Mi-24 helikopterinin vurulması ilə bağlı bəyanatına münasibət bildirib

Rusiya XİN Azərbaycanın Mi-24 helikopterinin vurulması ilə bağlı bəyanatına münasibət bildirib
# 10 noyabr 2020 01:34 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyanın Mi-24 hərbi helikopterinin vurulması nəticəsində baş verən faciəvi insidentlə bağlı bəyanatına münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya XİN-in Facebook səhifəsində yayılan məlumatda bildirilib:

“Bakının öz günahını dərhal etiraf etməsi faktını müsbət qiymətləndiririk. Azərbaycan tərəfinin bu insidentin dərhal araşdırılacağı və günahkarların cəzalandırılacağı barədə verdiyi təminatları da qeyd edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR