Sahibə Qafarova Kolumbiya səfirini qəbul edib

Sahibə Qafarova Kolumbiya səfirini qəbul edib
# 08 oktyabr 2020 18:39 (UTC +04:00)

Oktyabrın 8-də Milli Məclisin Sədri Sahibə Qafarova Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Luis Antonio Dimate Kardenasla görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Sahibə Qafarova bildirib ki, Kolumbiya parlamenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib.

Spiker Ermənistanın cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq törətdiyi təxribatlarla bağlı Kolumbiya Senatının Xarici Əlaqələr Komissiyası tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyannamənin qəbul edilməsinə görə kolumbiyalı parlamentarilərə azərbaycanlı həmkarlarının minnətdarlığını çatdırmağı səfirdən xahiş edib.

Sahibə Qafarova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında bəzi tarixi faktları, həmçinin BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qətnamələrini, beynəlxalq qurumlar tərəfindən qəbul olunan digər sənədləri səfirin diqqətinə çatdırıb.

Səfir Luis Antonio Dimate Kardenas dinamik inkişaf edən Azərbaycanın sülhsevər ölkə olaraq, regionda digər dövlətlərə nümunə olduğunu vurğulayıb. Rəhbərlik etdiyi səfirliyin fəaliyyəti barədə məlumat verən Luis Antonio Dimate Kardenas bütün sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini və bu görüşdə əldə etdiyi məlumatları ölkəsinin müvafiq qurumlarına çatdıracağını bildirib. O, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının sıx münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR