Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə görüş keçirilib

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə görüş keçirilib
# 14 noyabr 2020 01:22 (UTC +04:00)

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə videogörüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, görüş iştirakçıları Qarabağda rəşadətli ordumuzun şücaəti, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə əldə olunmuş möhtəşəm qələbə münasibətilə biri-birilərini təbrik edib, yeni fəaliyyət mexanizmlərini müzakirə ediblər. 

Bildirilib ki, qazanılmış qələbə bundan sonra diasporumuzun qarşısında Azərbaycanın milli maraq və mənafeyinin müdafiəsi üçün yeni vəzifələr qoyur.

Diasporla İş üzrə Dövlət Komitəsinin məsul şəxsləri, eləcə də Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasını təmsil edən Seyran Mirzəzadə, Lalə Zeynalova, Rüstəm Rüstəmov, Renad Yüzbayov, Vaqif Həsənov, Əliağa Ağayev, Əliağa Hüseynli, Saleh Sabili, Hüseyn Salehov və digər görüş iştirakçıları qarşıya qoyulan hədəflər və fəaliyyət istiqamətləri barədə danışıblar.

Qeyd olunub ki, istər müharibənin getdiyi günlərdə, istərsə də ondan əvvəlki dövrlərdə xaricdə yaşayan azərbaycanlılar beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında və erməni yalanlarının ifşa olunmasında yaxından iştirak edib, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz rol oynayıblar.

30-a yaxın soydaşımızın iştirak etdiyi görüşdə Qarabağın zəngin mədəni-irsinin dünyada təbliği, bölgədə turizmin inkişafına töhfələr verilməsi, xarici ölkə KİV-lərinin daha geniş məlumatlandırılması ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR