Türk Şurasının Baş katibi: “Azad edilmiş torpaqların hər guşəsində uca Azərbaycan bayrağının dalğalandığını görmək istəyirik”

Türk Şurasının Baş katibi: “Azad edilmiş torpaqların hər guşəsində uca Azərbaycan bayrağının dalğalandığını görmək istəyirik”
# 09 noyabr 2020 11:37 (UTC +04:00)

Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan xalqını 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrik müraciəti Türk Şurasının saytında dərc olunub.

“Qardaş Azərbaycan xalqını və hökumətini “9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə ürəkdən təbrik edirəm. Bu mənalı gün münasibətilə Azərbaycan bayrağında olan xüsusi mənanı bir daha vurğulamaq istəyirik. Mavi rəng Azərbaycanın Türk mirasını simvolizə edir, qırmızı rəng müstəqil və müasir bir dövlətin qurulmasında qeydə alınan inkişafı vurğulayır və yaşıl rəng ölkənin İslam mirasını ifadə edir. Türk Şurasının binasının qarşısında hər gün digər Türk dövlətlərinin bayraqları ilə birlikdə qürurla dalğalanan Azərbaycan bayrağı qardaş millətlərimizin birliyini və ortaq keçmişini bizə xatırladır. Azərbaycan xalqı üçün çox vacib olan bu gündə Türk Şurası bir daha Azərbaycan və onun xalqı ilə çiyin-çiyinə dayandığını, bütün ərazilərində suverenliyini bərpa etmək üçün onun haqq işini dəstəklədiyini və azad edilmiş torpaqların hər guşəsində uca Azərbaycan bayrağının dalğalandığını görmək istədiyini bəyan edir”, - deyə təbrikdə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR