Türkiyə XİN başçısı: “Dövlətlərdə davamlılıq əsasdır”

Türkiyə XİN başçısı: “Dövlətlərdə davamlılıq əsasdır”
# 12 noyabr 2020 10:40 (UTC +04:00)

“Dövlətlərdə davamlılıq əsasdır”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanda hakimiyyət dəyişikliyi ehtimalı ilə bağlı atəşkəs razılaşmasının təhlükə altına düşüb-düşməyəcəyinə dair sualı cavablandırarkən bildirib.

M. Çavuşoğlu deyib ki, atəşkəs anlaşmasını 3 ölkə imzalayıb: “Hakimiyyətlər gəlib-keçər, ancaq anlaşmalar qalır. Ermənistan hökumətinin doğru seçimindən Ermənistan xalqı da faydalanacaq”.

Xarici işlər naziri qeyd edib ki, atəşkəsə nəzarət mərkəzinin şöbələri də olacaq və bu şöbələr vasitəsi ilə atəşkəsə nəzarət daha əhatəli həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR