Türkiyə səfiri: “Heydər Əliyev örnək götürülməli böyük liderdir”

Türkiyə səfiri: “Heydər Əliyev örnək götürülməli böyük liderdir”
# 12 dekabr 2019 12:11 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

APA-nın xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında bildirib ki, Heydər Əliyev örnək götürülməli böyük bir liderdir.

“Heydər Əliyev Azərbaycanın müstəqil olacağı günləri arzulayırdı. O, müstəqillikdən sonra da Azərbaycanın necə güclənəcəyini düşünməklə ömrünü keçirdi. Hətta həyatını təhlükəyə atdı. Türk dünyasının başı sağ olsun. Belə bir lider hər zaman dünyaya gəlmir”, - deyə E. Özoral qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR