Türkiyə və Azərbaycanın Müdafiə nazirləri arasında telefon danışığı olub

#
# 13:04
17 oktyabr 2020

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akarla Azərbaycan Müdafiə Naziri Zakir Həsənov arasında telefon danışığı olub.

APA-nın Anadolu Xəbər Agentliyinə istinadla məlumatına görə, H. Akar Gəncədə mülki əhalinin yaşadığı yerləri hədəf alan Ermənistanı qınayıb: “Ermənistan müharibə cinayətlərini davam etdirir, atəşkəs, müzakirə çağırışı edənlər isə bunu uzaqdan seyr etməkdədir”.

H. Akar Füzulinin işğaldan azad olunması, Ermənistanın iki “Su-25” hərbi təyyarələrinin vurulması ilə bağlı həmkarını təbrik edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR