Türkiyəli siyasətçi: “Cənab İlham Əliyevin Türkiyənin haqlı mövqeyini müdafiə etməsi çox böyük əhəmiyyət kəsb edir”

Türkiyəli siyasətçi: “Cənab İlham Əliyevin Türkiyənin haqlı mövqeyini müdafiə etməsi çox böyük əhəmiyyət kəsb edir”
# 04 sentyabr 2020 04:35 (UTC +04:00)

“Şərqi Aralıq dənizində başda Yunanıstan olmaqla bəzi dövlətlərin yaratdığı gərginlik, xüsusilə regiondakı savaş təhlükəsini bütün dünyanın maraqla izlədiyi bir ərəfədə Azərbycan Prezidenti cənab İlham Əliyevin ən yüksək səviyyədə Yunanıstana qətiyyətli cavab verməsi və Türkiyənin haqlı mövqeyini müdafiə etməsi çox böyük əhəmiyyət kəsb edir”.

Bu fikirləri APA-nın yerli bürosuna tanınmış türkiyəli siyasətçi, analitik, keçmiş millət vəkili Sinan Oğan bildirib.

Siyasətçi Prezident İlham Əliyevin Ermənistan-Yunanıstan və Cənubi Kipr Respublikası arasında hərbi əməkdaşlıq yaranmasından narahatığını ifadə etməsini də yüksək dəyərləndirib.

Qeyd edək ki, sentyabrın 2-də Prezident İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliyə də toxunub. İ.Əliyev bu məsələdə Yunanıstana sərt mövqeyini bildirərək deyib ki, Türkiyə Azərbaycana təkcə dost və tərəfdaş deyil, həm də qardaş ölkədir. Prezident, həmçinin vurğulayıb ki, Azərbaycan heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyir və bütün hallarda dəstəkləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR