Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib
# 15 sentyabr 2020 16:54 (UTC +04:00)

Türkiyənin Milli Müdafiə Nazirliyi 15 sentyabr - Bakının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.

APA-nın yerli bürosunun xəbərinə görə, nazirliyin rəsmi twitter səhifəsindən yaydığı açıqlamada bildirilir: “Bu gün Nuri Paşa komandanlığında Qafqaz İslam Ordusunun Bakının düşmən işğalından xilasının 102-ci ildönümüdür. 15 sentyabr 1918-ci ildə Bakının işğaldan qurtuluşunda şəhid və qazi olan əsgərlər ehtiramla yad edirik. Azərbaycanlı qardaşlarımızın bu əlamətdar gününü təbrik edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR