Xarici işlər nazirinə yeni müavin təyin edilib

#
# 11:09
30 aprel 2021

Xarici işlər nazirinə yeni müavin təyin edilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elnur Məmmədov nazir müavini təyin edilib.

Bu təyinatdan əvvəl Elnur Məmmədov Xarici İşlər Nazirliyinin Ümumi katibliyinin rəisi vəzifəsində çalışıb. Müxtəlif illərdə təhsil nazirinin müşaviri, Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb.

Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.

Ailəlidir, iki övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR