Zakir Həsənov və pakistanlı komitə sədri Alabino poliqonunda Azərbaycan stendi ilə tanış olub

Zakir Həsənov və pakistanlı komitə sədri Alabino poliqonunda Azərbaycan stendi ilə tanış olub
# 05 sentyabr 2020 16:55 (UTC +04:00)

Azərbaycan Müdafiə Naziri general-polkovnik Zakir Həsənov və Pakistan Silahlı Qüvvələrinin Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Nadim Raza Alabino poliqonunda Azərbaycan stendi ilə tanış olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş Moskva vilayətinin Alabino poliqonunda keçirilən Tank biatlonu Ordu İdman oyunları çərçivəsində baş tutub.

Zakir Həsənov və Nadim Raza Alabino Poliqonundakı Dostluq Evindəki Azərbaycan stendi ilə tanış olublar. Pakistanlı general Azərbaycan bayrağını əlinə alaraq azərbaycanlı həmkarı ilə həmrəylik nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR