Azərbaycanın xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri ilə telefon danışığı olub - YENİLƏNİB - VİDEO

#

© APA | ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde

# 22:15
13 may 2021

Mayın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya bildirilib ki, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb.

***

20:56

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefonla danışıb.

APA-nın xəbərinə görə, bu barədə Ann Linde "Twitter" hesabında bildirib.

"Bu gün Azərbaycandan olan həmkarım Ceyhun Bayramov və Ermənistandan olan həmkarım Ara Ayvazyanla Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyət barədə danışdım. ATƏT sədrliyi və mənim Şəxsi Nümayəndəm vəziyyəti yaxından izləyir", ATƏT sədri qeyd edib. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR