Azərbaycanda Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliyi yaradılacaq

Milli Məclis

© APA | Milli Məclis

# 08 may 2021 16:58 (UTC +04:00)

Azərbaycanda Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzinin (MSİBM) nümayəndəliyi yaradılacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan və plenar iclasa tövsiyə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair” Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, nümayəndəlik hüquqi şəxs statusuna malik olacaq. Nümayəndəliyin binası toxunulmazdır. Nümayəndəliyin mülkiyyəti və aktivləri inzibati, məhkəmə və ya qa nunverici fəaliyyət nəticəsində axtarışdan, iddiadan, müsadirədən, özününküləşdirmədən və müdaxilənin hər hansı digər formasından azad olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR