Azərbaycanın Baş naziri Tatarıstan Prezidentinə başsağlığı verib

Azərbaycanın Baş naziri Tatarıstan Prezidentinə başsağlığı verib
# 12 may 2021 11:39 (UTC +04:00)

Azərbaycanın Baş naziri Əli Əsədov Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova Kazandakı məktəbdə baş verən atışma nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda Tatarıstan Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir.

Baş nazir, həmçinin faciə nəticəsində yaralananlara şəfa diləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR