Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar konsulluq qəbulu təşkil edəcək

Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar konsulluq qəbulu təşkil edəcək
# 22 noyabr 2019 19:02 (UTC +04:00)

Azərbaycanın Almaniyadakı Səfirliyinin Konsulluq bölməsi Köln şəhərində səyyar konsulluq qəbulu təşkil edəcək.

APA-nın xəbərinə görə, səyyar konsulluq qəbulu Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Köln şəhərində noyabrın 30-da keçiriləcək.

Qəbulun məqsədi Almaniyadakı azərbaycanlılara hüquqi yardımın göstərilməsi və konsulluq xidmətləri ilə bağlı maarifləndirmə işlərinin aparılmasıdır.

Qəbul zamanı konsulluq-hüquq məsələləri,o cümlədən Azərbaycana giriş vizaları, ümumvətəndaş passportlarının rəsmiləşdirilməsi, vətəndaşlığa xitam verilməsi, vətəndaşlığın bərpası, vətəndaş vəziyyəti aktları ilə bağlı şəhadətnamələrin, təkrar şəhadətnamələrin və arayışların alınması, sənədlərin sorğu edilməsi və digər konsulluq əməliyyatları ilə bağlı məlumatlar təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR