BMTM Ermənistanda Azərbaycanfobiya və nifrət nitqi ilə bağlı hazırladığı hesabatı təqdim edib-FOTO

Fərid Şəfiyev

© APA | Fərid Şəfiyev

# 06 may 2021 13:05 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən rus dilində hazırlanan “Ermənistanda Azərbaycanfobiya: Ermənilərin müharibədən əvvəl və postmüharibə dövründəki ritorikasında nifrət nitqi” başlıqlı hesabatın təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, təqdimat zamanı çıxış edən BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev hesabat barədə məlumat verib.

O bildirib ki, hesabat erməni dilli mənbələrdən toplanmış faktlara əsasən hazırlanıb, faktların toplanmasında sosial media platformalarındakı rəsmi şəxslərin və adi vətəndaşların hesablarından istifadə olunub, onların paylaşımlarındakı əsas narrativlər təhlil olunub.

Fərid Şəfiyev qeyd edib ki, Ermənistanda Azərbaycanfobiya, ksenofobiya ilə bağlı kampaniyalar aparılıb, lakin bununla bağlı araşdırmalar az olub.

Etnosentrizm, ksenofobiya, millətçiliyin Ermənistanda aparıcı olduğunu xatırladan Mərkəz sədri qeyd edib ki, araşdırmaların nəticəsinə əsasən, nifrət nitqi hökumət səviyyəsində təbliğ olunur: “Ermənistanın Baş naziri Nikol Paşinyan ilk dövrlərdə fərqli fikirlər desə də, bir neçə ay sonra onun da bu kampaniyanın davamçısı olduğu üzə çıxdı”.

F. Şəfiyev onu da qeyd edib ki, Ermənistanda Azərbaycana qarşı nifrət nitqində əsasən aşağıdakı müəyyən narrativlərdən istifadə olunur: “Azərbaycanlılar qeyri-insan kimi təqdim olunur - "azərbaran". Ermənistan isə xristian dünyasının forpostu kimi təqdim edilir. Eyni zamanda, “erməni soyqırımı” və sivilizasiya yanaşması və bu yanaşmada Ermənistan modern ölkə kimi, Azərbaycan isə orta əsrlər ölkəsi kimi təqdim olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR