Hikmət Hacıyev Oliver Varhelyi ilə görüşüb

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa İttifaqının Qonşuluq və Genişlənmə  üzrə Komissarı Oliver Varhelyi

© APA | Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa İttifaqının Qonşuluq və Genişlənmə  üzrə Komissarı Oliver Varhelyi

# 18 may 2021 01:14 (UTC +04:00)

Brüsseldə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə, Aİ Komissarı "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüşdə Aİ-Azərbaycan arasında ikitərəfli münasibətlər, Aİ-nin Qarabağa yardımı, COVID-19-dan sonra iqtisadi bərpa və TAP boru kəmərinin potensialı müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR