İlham Əliyev: “Sputnik V” vaksininin əlçatan olması, şərait yaradacaq ki, bəlanın öhdəsindən tezliklə gələk”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 11 may 2021 01:05 (UTC +04:00)

“Azərbaycana “Sputnik V” vaksininin tədarük edilməsi məsələsinin Vladimir Vladimiroviç ilə danışdığımız kimi operativ həllinə görə təşəkkürümü bildirmək istərdim, bütün müddətlərə əməl edilib, sözünüzün üstündə durmusunuz”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu yaxında həmin vaksinin qarşılanması mərasimi keçirilib, cənab səfir iştirak edib: “Bu gün dünyada populyarlığı get-gedə artan belə gözəl vaksinə görə sizi bir daha təbrik etmək istərdim. Onun bizim üçün əlçatan olması, əlbəttə, buna şərait yaradacaq ki, biz bu bəlanın öhdəsindən tezliklə gələcəyik”.

Azərbaycan Prezidenti, həmçinin, Qoşulmama Hərəkatında Rusiyanın müşahidəçi statusu mövzusuna da toxunub: “Mənim fikrimcə, tamamilə təbii olardı ki, Rusiya bu statusu bizim sədrliyimiz dövründə alsın. Biz də öz tərəfimizdən nə mümkündürsə edəcəyik ki, məhz belə olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR