İqtisadi əməkdaşlıq üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasının vaxtı bilinib

Zurab Pataradze

© APA | Zurab Pataradze

# 08 may 2021 10:51 (UTC +04:00)

İqtisadi əməkdaşlıq məsələləri üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclası bu ilin sentyabrında Bakıda keçiriləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze yerli mətbuata açıqlamasında bildirib.

Diplomatın sözlərinə görə, məsələ Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin bu həftə Azərbaycana rəsmi səfəri zamanı müzakirə edilib.

O qeyd edib ki, iclas iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, xarici investisiyanın cəlb edilməsi və yeni iş yerlərinin açılması baxımından önəm daşıyır.

Z. Pataradze vurğulayıb ki, bu məqsədlə əlavə olaraq Gürcüstan-Azərbaycan biznes forumu da təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR