Lavrov: “Moskva İrəvan və Bakıya sərhədlərin demarkasiyasında kömək etməyə hazırdır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov

© APA | Rusiyanın xarici işlər naziri Sergey Lavrov

# 17 may 2021 16:08 (UTC +04:00)

Moskva İrəvan və Bakıya sərhədlərin demarkasiya məsələsində kömək etməyə hazırdır.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bircə dəfə də olsun atəş açılmayıb, heç bir atışma baş verməyib. Oturdular, sakitcə bu vəziyyəti necə həll edəcəkləri barədə danışıqlara başladılar. Bizdən kömək istədilər, hərbçilərimiz kömək göstərdilər, razılıq əldə olundu. Heç kim heç vaxt bununla məşğul olmayıb. Biz tərəflərə işə başlamağı təklif etdik. Biz yardım etməyə, kartoqrafik materialları və məsləhət xidmətlərini təqdim etməyə hazırıq”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

S. Lavrov qeyd edib ki, Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə görə emosiyaları gərginləşdirməyə səbəb görmür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR