Əlcəzairin Azərbaycandakı səfiriliyində seçki məntəqəsi yaradılacaq

Əlcəzairin Azərbaycandakı səfiriliyində seçki məntəqəsi yaradılacaq
# 31 oktyabr 2020 21:35 (UTC +04:00)

Əlcəzairin Azərbaycandakı səfiriliyində seçki məntəqəsi yaradılacaq.

Bu barədə APA-ya Əlcəzairin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, noyabrın 1-də Əlcəzairdə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək və Bakıda yaşayan Əlcəzair icmasının üzvlərinin də bu referendumda iştirakının təmin edilməsi üçün səsvermə məntəqəsi yaradılacaq.

İcma üzvləri oktyabrın 31 və noyabrın 1-də səfirliyə gələrək səs verə bilərlər. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR