NATO PA-nın yaz sessiyası başlayıb

NATO PA-nın yaz sessiyası başlayıb
# 16 may 2021 18:12 (UTC +04:00)

Mayın 14-də NATO Parlament Assambleyasının yaz sessiyası onlayn formatda işə başlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclisin qurumdakı nümayəndə heyətinin rəhbəri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Kamran Bayramov və Elşən Musayev sessiyaya qatılıblar.

Sessiya çərçivəsində NATO PA-nın Müdafiə və təhlükəsizlik, Təhlükəsizliyin mülki ölçüsü, İqtisadi təhlükəsizlik, Elm və texnologiya, Siyasi komitələrinin iclaslarında “Silahlara beynəlxalq nəzarət”, “Rusiyanın geosiyasi və ideoloji həmlələrinin qarşısının alınması”, “Çin müdafiəsinə baxış: NATO üçün mövcud təsirləri” kimi mövzular müzakirə olunub.

Müzakirələrdə deputatlarımız fəallıq göstəriblər, suallarla çıxış ediblər və bütün məsələlərə Azərbaycanın mövqeyindən münasibət bildiriblər.

NATO PA-nın yaz sessiyası işini mayın 17-də plenar iclasla davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR