Ombudsman: "Ermənistan azərbaycanlılara qarşı növbəti dəfə düşmənçilik və nifrət hissini təbliğ edib"

Xankəndidə yerləşən və Birinci Qarabağ müharibəsinə həsr olunmuş muzey

© APA | Xankəndidə yerləşən və Birinci Qarabağ müharibəsinə həsr olunmuş muzey

# 07 may 2021 17:54 (UTC +04:00)

“Xankəndidə yerləşən və Birinci Qarabağ müharibəsinə həsr olunmuş muzeydə Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı alçaldıcı hərəkətlər edilib və sosial media vasitəsi ilə fotosu paylaşılıb”.

APA-nın məlumatına görə, bu barədə Ombudsman Səbinə Əliyevanın açıqlamasında bildirilib.

Ombudsman qeyd edib ki, bu, Ermənistan tərəfinin azərbaycanlılara qarşı nümayiş etdirdiyi növbəti düşmənçilik və nifrət hissinin təbliği faktıdır: "Bütün bu kimi faktlar tərəfimdən toplanaraq nüfuzlu beynəlxalq təşkilatlara və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən müvafiq qurumlara göndərilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR