Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayıb

#

© APA | Rusiyanın xarici işlər naziri Sergey Lavrov

# 21:06
10 may 2021

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Bakıya səfər edib.

APA-nın xəbərinə görə bu barədə TASS məlumat yayıb.

Məlumatda bildirilir ki, rusiyalı nazir bu axşam Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Səfərin sonuncu günü - mayın 11-də isə Lavrovla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüş olacaq.

Bunda əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, səfər zamanı Rusiya ilə Azərbaycan arasında ikitərəfli və regional əməkdaşlıq, habelə beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət məsələlərinin geniş şəkildə müzakirə olunacağı planlaşdırılır: "Danışıqlar zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının həyata keçirilməsinin praktik aspektlərinə də üstünlük veriləcək".

Qeyd edək ki, Rusiya XİN başçısı 5-6 may tarixlərində İrəvana səfəri çərçivəsində erməni həmkarı Ara Ayvazyan və Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR