Şamil Ayrım: "Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir"

Əhliman Əmiraslanov və Şamil Ayrım

© APA | Əhliman Əmiraslanov və Şamil Ayrım

# 17 may 2021 16:19 (UTC +04:00)

Bu gün Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov ölkəmizdə səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb.

APA-nın məlumatına görə, İşçi qrupun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Türkiyə-Azərbaycan əlaqələrindən danışaraq bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, təhsil, səhiyyə sahələrində yüksək səviyyəli əməkdaşlıq mövcuddur: "Bu əməkdaşlığın, eləcə də parlamentlərarası əlaqələrin inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri mühüm rol oynayır. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir".

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Ölkələrimiz arasındakı yüksək səviyyəli əməkdaşlığı qeyd edən Şamil Ayrım xüsusilə parlamentlərarası əlaqələrin uğurlarından danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR