TBMM sədri Sahibə Qafarovaya zəng edib

TBMM sədri Sahibə Qafarovaya zəng edib
# 14 may 2021 18:34 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Ramazan Bayramı münasibətilə Milli Məclisin Sədri xanım Sahibə Qafarovaya zəng edib. 

APA xəbər verir ki, Mustafa Şentop Milli Məclis sədrinin və üzvlərinin bayramını təbrik edib, Azərbaycan xalqına ən xoş arzularını çatdırıb. Sahibə Qafarova da öz növbəsində həmkarına, TBMM üzvlərinə və bütün Türkiyə xalqına Müqəddəs Ramazan Bayramı münasibətilə təbriklərini yetirib. Telefon danışığı zamanı spikerlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR