Vaşinqtonda Ümummilli liderin anadan olmasının 98-ci ildönümü qeyd edilib

Vaşinqtonda Ümummilli liderin anadan olmasının 98-ci ildönümü qeyd edilib
# 11 may 2021 04:10 (UTC +04:00)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Azərbaycanın ABŞ-dakı Səfirliyində mərasim keçirilib. 

Səfirlikdən APA-ya verilən məlumata görə, çıxış edən səfir Elin Süleymanov müasir, müstəqil və suveren Azərbaycanın qurucusu olan Heydər Əliyevin dövlətçiliyimizin güclənməsi, iqtisadiyyatının inkişafı və beynəlxalq nüfuzunun artmasında göstərdiyi misilsiz xidmətlərini xatırladıb. 

Səfir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən Ermənistan tərəfindən zəbt edilmiş torpaqlarımızın işğaldan azad edilməsinin bütün Azərbaycan xalqı üçün olduqca əlamətdar hadisə olduğunu qeyd edib. O, Qarabağın və xüsusilə, Şuşa şəhərinin azad edilməsinin Ulu Öndərin ən böyük  arzusu olduğunu bildirərək, hazırda onun ruhunun  şad omasını qeyd edib.

Mərasimdə iştirak edən ABŞ-dakı Azərbaycan icmasının nümayəndəsi Həbib Azərsina Ulu Öndərin dövlətimiz və xalqımız üçün dahi şəxsiyyət olmasından bəhs edərək, onunla bağlı xatirələrini paylaşıb.

Daha sonra Ümummilli liderin büstü önünə güllər qoyulub və əziz xatirəsi yad edilib.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR