XİN başçısı: “Ermənistandakı revanşist çıxışları diqqətlə izləyirik”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 11 may 2021 13:10 (UTC +04:00)

“Ermənistan üçtərəfli bəyanatda qeyd olunmasına baxmayaraq, minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

“Müharibənin bitməsinə baxmayaraq, nəticədə 20-dən çox azərbaycanlı mina partlaması nəticəsində həlak olub. Rusiya sülhməramlı qüvvələrinin hərbçiləri arasında da mina partlaması nəticəsində həyatını itirənlər var", - deyə Azərbaycan XİN başçısı qeyd edib.

Nazir vurğulayıb ki, Ermənistanda revanşist çıxışlar gündəmə gəlir: "Biz bu tendensiyanı təhlükəli hesab edir və bunu diqqətlə izləyirik. Biz hazırkı səhifəni çevirməyə hazırıq. Azərbaycan tərəfi artıq işğaldan azad olunmuş ərazilərdə bərpa işləri həyata keçirir, beynəlxalq aeroportlar tikilir. 30 il ərzində Azərbaycanın işğal edilmiş əraziləri dağıdılıb. Biz hesab edirik ki, həmin region yenidən canlanacaq və ən inkişaf etmiş bölgələrdən biri olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR