İranda nüvə alimlərinin qətlində təqsirləndirilən şəxslər barəsində hökm çıxarılıb

İranda nüvə alimlərinin qətlində təqsirləndirilən şəxslər barəsində hökm çıxarılıb
# 18 mart 2013 12:04 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda nüvə alimlərinin qətlində təqsirləndirilən 18 nəfər barəsində məhkəmə qərar çıxarıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə Tehran şəhərinin prokuroru Abbas Cəfəri Dövlətabadi açıqlama verib. O bildirib ki, cinayətdə təqsirləndirilən şəxslərə cəza verilib: “Yaxın zamanda onlara verilən cəzalar açıqlanacaq. Bu insanlar nüvə alimlərinin qətlində birgə çalışıblar. İran xüsusi xidmət orqanları və Baş Prokurorluq cinayət işi ilə bağlı önəmli çalışmalar həyata keçirdi. Düşmənlərimiz İranın elm və texnologiya sahəsində inkişafının qarşısını almaq üçün nüvə alımlərimizi hədəfə alıblar. Lakin xalqımız dünya imperializminin hər cür təxribatına baxmayaraq qərarından və texnologiyasından geri addım atmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR