Azərbaycan hərbçiləri NATO-nun tədbirlərində iştirak edəcəklər

Azərbaycan hərbçiləri NATO-nun tədbirlərində iştirak edəcəklər
# 01 dekabr 2009 08:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan hərbçiləri NATO ilə imzalanmış Sülh Naminə Tərəfdaşlıq Proqramı və fərdi tərəfdaşlıq proqramları çərçivəsində keçirilən tədbirlərdə iştirak edəcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin yaydığı məlumata görə, Azərbaycan hərbçiləri Türkiyə ilə imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində dekabrın 1-dən 2010-cu il oktyabrın 1-dək Ankarada «Həkim-Angioqrafiya (Tabip-Anjiyoqrafi)» kursunda, dekabrın 7-dən 25-dək İstanbulda «Gizirlər üçün Kütləvi Qırğın Silahlarından (KQS) qorunma» kursunda, dekabrın 7-dən 2010-cu il yanvarın 1-dək İzmir şəhərində «Zabitlər üçün səhra mühəndisliyi və mina» kursunda, Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində dekabrın 2-də Böyük Britaniyanın Nortvud şəhərində «Cooperative Marlin 2010» təliminin İlkin planlaşdırma konfransında, dekabrın 9-10-da Əmman şəhərində (İordaniya) «Terrorizmlə mübarizə üzrə» kursda, dekabrın 9-10-da Mons şəhərində (Belçika) NATO-nun Ali Birləşmiş Əməliyyat Komandanlığının Baş zabitləri üçün MTT üzrə seminarında iştirak edəcək.

İkitərəfli əməkdaşlıq proqramı çərçivəsində dekabrın 10 və 11-də Estoniyanın hərbi attaşesi Bakıda səfərdə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR