Balakən Aviasiya Mərkəzi bağlana bilər

Balakən Aviasiya Mərkəzi bağlana bilər
# 09 dekabr 2009 13:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Gələn ilin büdcəsində vəsait nəzərdə tutulmadığından Balakən Aviasiya Mərkəzi fəaliyyətini dayandıra bilər. Bu barədə APA-ya Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri, polkovnik Novruzəli Orucov məlumat verib. O bildirib ki, indiyədək hər il dövlət büdcəsindən Balakən Aviasiya Mərkəzinə vəsait ayrılıb, cari ildə isə bu məqsədlə büdcədə 97 min manat vəsait nəzərdə tutulub: “Bu vəsait hesabına əməkdaşların maaşları ödənib və texniki problemlər həll edilib. Biz bu mərkəzi öz hesabımıza saxlaya bilməyəcəyik. Hökumət müvafiq tədbirlər görməzsə, mərkəzin bağlanması təhlükəsi yaranacaq. Oradakı təyyarəçilərə, paraşütçülərə məvacib vermək lazımdır. Elə təyyarəçilərimiz var ki, 8-9 min saat uçuşlar həyata keçirib, 4-5 paraşütçümüz 2-3 min dəfə tullanıb. Hökumətə müraciət etmişik, hələlik cavab yoxdur”.

Təşkilat rəhbərinin sözlərinə görə, hazırda Balakən Aviasiya Mərkəzində 2 ədəd “An-2” və 1 ədəd “Yak-52” təyyarəsi uçuşlar həyata keçirir. “An-2” təyyarəsi 1 saatlıq uçuşda 250 litr Aİ-95 markalı benzin sərf edir. Paraşüt qrupunun tullanması üçün müəyyən edilmiş məsafəyə qalxmaq, təlim manevrləri etmək və geri qayıtmaq üçünsə 2 saat vaxt lazımdır.

N. Orucov gələcəkdə Almaniya istehsalı olan bir neçə müasir təyyarə almağı planlaşdırdıqlarını söyləyib. O qeyd edib ki, Almaniyada istehsal edilən 4 nəfərlik təyyarələrin həm qiyməti ucuzdur, həm də yanacaq sərfi azdır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR