Kəmaləddin Heydərov: “Yeni il bayramı ərəfəsində, habelə bələdiyyə seçkiləri zamanı yanğın təhlükəsizliyinin təminatı üçün profilaktik tədbirlər görülüb”

Kəmaləddin Heydərov: “Yeni il bayramı ərəfəsində, habelə bələdiyyə seçkiləri zamanı yanğın təhlükəsizliyinin təminatı üçün profilaktik tədbirlər görülüb”
# 16 dekabr 2009 14:11 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “İnsanların kütləvi toplaşdığı yerlərdə, xüsusilə yanğın təhlükəsizliyi ilə bağlı ciddi nöqsanları olan şadlıq evlərində, restoran və gecə klublarında qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi məqsədilə plan tapşırıq hazırlanaraq icrası nəzarətə götürülüb. Yeni il bayramı ərəfəsində, habelə 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri zamanı seçki dairə və məntəqələrində yanğın təhlükəsizliyinin etibarlı təminatı üçün lazımi profilaktik tədbirlər görülüb”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kamaləddin Heydərov deyib. K. Heydərov 2009-cu ildə görülən işlər haqında məlumat verərək deyib ki, indiyə kimi 370 tarix və mədəniyyət abidəsində, 10 turizm istirahət mərkəzində 600-dən artıq yanğın texniki və tikinti normalarının tələblərinin pozulması faktı aşkar edilib, onların aradan qaldırılması üçün aidiyyəti təşkilatlara müraciət edilib.

Nazirin sözlərinə görə, ötən dövr ərzində fövqəladə halların xəbərdar edilməsi istiqamətində də işlər davam etdirilib: “2009-cu ilin ötən dövrü ərzində müvafiq obyektlərdə həyata keçirilən araşdırmalar nəticəsində nöqsanların aradan qaldırılması məqsədilə 903 obyektə müvafiq xəbərdarlıq edilib, mövcud qanunvericiliyə əsaslanaraq, nöqsanların aradan qaldırılmasını təmin etməyən 515 obyektin elektrik enerjisi və su təchizatının dayandırılması barədə aidiyyəti orqanlara müraciət olunub”.

K. Heydərov, həmçinin sənaye və dağ-mədən işlərinin təhlükəsiz görülməsi, bu sahədə baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısının vaxtında alınması, əhalinin və ətraf mühitin qorunması istiqamətində dövlət nəzarətini təmin etmək məqsədilə görülən işlər haqda da məlumat verib: “Bu məqsədlə 2009-cu ilin ötən dövrü ərzində 4014 müəssisədə 26212 qurğu və avadanlıq üzrə aparılmış texniki müayinələr nəticəsində 12464 pozuntu aşkar edilib, istismar qaydalarına əməl olunması məqsədilə 1943 rəsmi müraciət edilib, 610 qurğu və avadanlığın istismarı müvafiq pozuntular aradan qaldırılanadək dayandırılıb, 8459 pozuntunun aradan qaldırılmasın nail olunub”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR