Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi vəfat edib

Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi vəfat edib
# 22 dekabr 2009 11:05 (UTC +04:00)
APA-nın məlumatına görə, N.Sadıqov 1935-ci ildə Culfa rayonunda anadan olub, N. A. Şors adına Lvov Ümumqoşun Komandanlığı Məktəbini və Frunze adına Hərbi Akademiyanın kəşfiyyat fakültəsini bitirib.

1991-ci ilin dekabr ayından Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayan N. Sadıqova 1992-ci ilin sentyabr ayında general-mayor hərbi rütbəsi verilib. Silahlı Qüvvələrin Baş Qərargah rəisi, müdafiə nazirinin müavini vəzifələrində çalışıb. N. Sadıqovun Silahlı Qüvvələrin Baş Qərargahına rəhbərlik etdiyi dövrdə Azərbaycan Ordusu cəbhə xəttində bir sıra uğurlu əməliyyatlar aparıb, 1992-ci ilin sentyabr-oktyabr aylarında Kəlbəcər və Qubadlıdan Laçın istiqamətində uğurlu hücumlar həyata keçirib.

N. Sadıqov yaş həddinə görə 2007-ci ildə Silahlı Qüvvələrdən istefaya göndərilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR