Ermənistan hərbçiləri tərəfindən əsir götürülən Eldar Tağıyevin geri qaytarılması ilə bağlı proses yanvarın 12-dən aktivləşəcək

Ermənistan hərbçiləri tərəfindən əsir götürülən Eldar Tağıyevin geri qaytarılması ilə bağlı proses yanvarın 12-dən aktivləşəcək
# 07 yanvar 2010 15:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ötən il dekabrın 28-də Ermənistan hərbçiləri tərəfindən girov götürülən Tovuz rayonu Əlibəyli kənd sakini Tağıyev Eldar Heydər oğlunun ailəsinə baş çəkən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları onun geri qaytarılması ilə bağlı prosesin yanvarın 12-dən aktivləşəcəyini bildiriblər. Bu barədə APA-ya E. Tağıyevin ailəsindən məlumat verilib. BQXK əməkdaşları bunun yanvarın 12-dək Ermənistanda Milad bayramının qeyd olunması səbəbindən iş olmaması ilə bağlı olduğunu bildiriblıər. BQXK əməkdaşları həmçinin E. Tağıyevin ailəsindən onun hansı şəraitdə əsir götüterlməsi ilə bağlı məlumatlar alıblar.

Qeyd edək ki, bu gün Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Eldar Tağıyevin naməlum şəraitdə Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyü və hazırda Ermənistan ərazisində saxlanılması ilə bağlı açıqlama yayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR