Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
# 20 yanvar 2010 07:30 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri yanvarın 19-da saat 15.45-dən 15.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.35-dən 21.40-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.50-dən 22.00-dək, 23.35-dən 23.50-dək, yanvarın 20-də saat 00.50-dən 01.10-dək isə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR