DSX-nın hərbi hissələrində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir - FOTO

DSX-nın hərbi hissələrində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir - <font color=red>FOTO</font>
# 20 yanvar 2010 07:41 (UTC +04:00)
Bakı-APA. Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. DSX Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, bu tədbirlər çərçivəsində respublikanın bir sıra ali, orta ixtisas və orta təhsil müəssisələrinin tələbə və şagird kollektivlərinin Dövlət Sərhəd Xidmətinin Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinə ekskursiyaları təşkil olunub. Tələbə və şagirdlər qanlı yanvar hadisələri ilə əlaqədar burada təşkil olunmuş geniş sərginin materialları ilə tanış ediliblər.

Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında da qanlı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib. Mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Məhəmməd Abbasquliyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, millət vəkili, Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov çıxış edərək 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib, sovet qoşunlarının Bakı şəhərində və respublikanın digər şəhər və bölgələrində törətdikləri vəhşiliklər, faciənin səbəb və nəticələri haqqında danışıblar. Mərasimdə 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR