Azərbaycanda virtual avtodrom yaradılır

Azərbaycanda virtual avtodrom yaradılır
# 22 yanvar 2010 15:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanda ilk dəfə olaraq sürücülərin hazırlanması üçün virtual avtodrom yaradılır. Bu barədə APA-ya Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) sədri polkovnik Novruzəli Orucov məlumat verib.

N. Orucovun sözlərinə görə, virtual avtodrom KHVTİC-in Yevlax rayonunda inşa olunan Birləşmiş Texniki Avtomobil Məktəbində qurulacaq. Cari ilin may ayınadək istifadəyə verilməsi planlaşdırılan məktəb Azərbaycanda ilk belə texniki təhsil mərkəzi olacaq.

«Azərbaycanda ilk dəfə bu məktəbdə avtomobil idarəetmə vərdişləri virtual şəkildə öyrədiləcək. Müdavimlər kompüter vasitəsi ilə virtual idarəetməni yerinə yetirəcəklər», - deyə N. Orucov əlavə edib.

KHVTİC sədri onu da bildirib ki, məktəbdə tədris vəsaiti kimi istifadə olunan kompüterlərə Azərbaycanın müxtəlif ərazilərinin yol xəritələri daxil ediləcək. Bu xəritə üzərində virtual avtomobili idarə edən tələbənin yolda hansı səhvlərə yol verməsi, qayda-qanuna əməl edib-etməməsi kompüter tərəfindən qiymətləndiriləcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR