Azərbaycan Müdafiə Nazirliyi N saylı hərbi hissədə baş verən hadisə nəticəsində həlak olan və yaralananların adlarını açıqlayıb - SİYAHI

Azərbaycan Müdafiə Nazirliyi N saylı hərbi hissədə baş verən hadisə nəticəsində həlak olan və yaralananların adlarını açıqlayıb - <font color=red>SİYAHI</font>
# 29 yanvar 2010 15:01 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, siyahı belədir:

Qətlə yetirilən hərbi qulluqçular

Cümayev Yusif Sadəddin oğlu 1973. 1990-cu ilədn hərbi xidmətə çağırılıb - Şəki RHK
Sadıxov Vasif Miraləm oğlu 1974. 1992-ci ilin iyulunda hərbi xidmətə çağırılıb - Ağdaş RHK
Quliyev Anar Ələddin oğlu 1985. 2002-ci ilin iyulunda hərbi xidmətə çağırılıb - Lənkəran RHK
Səmədov Elgün Loğman oğlu 1989. 2007-ci ilin avqustunda hərbi xidmətə çağırılıb - Hacıqabul RHK

Yaralananlar

Babayev Valeh Məhəmməd oğlu 1975. 1993-cü ilin avqustunda hərbi xidmətə çağırılıb - Göyçay RHK
Abbasov Samir Eyvaz oğlu 1985. 2008-ci ilin oktyabrında hərbi xidmətə çağırılıb - Daşkəsən RHK

Bir-birlərini öldürən əsgərlər

Əzizov Elxan Bəyalı oğlu 1990. 2009-cu ilin yanvarında hərbi xidmətə çağırılıb - Bakı, Yasamal RHK
Məmmədov Sadiq Etibar oğlu 1991. 2009-cu ilin oktyabrında hərbi xidmətə çağırılıb - Bakı Nəsimi RHK

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birliklə tərəfindən adam öldürmə) 120.2.3-cü (zərərçəkmiş şəxsin vəzifəli şəxsin və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu öldürmə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqləri, kriminalist prokuroru və Gəncə Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu hazırda hadisə yerində araşdırma aparırlar. İstintaqa respublika hərbi prokurorunun müavini Şəfahət İmranov rəhbərlik edir.

Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidməti nazirliyin “N” saylı hərbi hissəsində hələlik səbəbləri tam bəlli olmayan ağır hadisə baş verməsi barədə məlumat yayıb. Məlumata görə, yanvarın 28-də saat 18.00 radələrində “N” saylı hərbi hissədə 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Sonra əsgərlər özlərini güllələyərək öldürüblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR