Ermənistan iki mülki şəxsin cəsədini sabah Azərbaycana qaytaracaq

Ermənistan iki mülki şəxsin cəsədini sabah Azərbaycana qaytaracaq
# 02 aprel 2010 15:20 (UTC +04:00)
Xəbərdə bildirilir ki, aprelin 3-də saat 10.00-da Azərbaycan-Ermənistan sərhədinin Yeresxavan-Sədərək sahəsində Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə martın 3-də Ermənistan ərazisində öldürülmüş 2 şəxsin cəsədini və ötən il dekabrın 28-də girov götürülmüş Eldar Tağıyevi Azərbaycan tərəfinə təhvil verəcəklər.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə APA-ya bildirilib ki, öldürülən iki mülki şəxsin meyiti Azərbaycan-Ermənistan sərhədinin Sədərək sahəsində sabah Azərbaycana təhvil veriləcək. E. Tağıyevin də sabah Azərbaycan tərəfə təhvil veriləcəyi barədə məlumat isə həqiqətə uyğun deyil.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR