Ermənilər Goranboy cəbhəsində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənilər Goranboy cəbhəsində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 05 aprel 2010 06:45 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri aprelin 4-də saat 12.25-dən 12.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR