Ermənilər Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub

Ermənilər Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub
# 09 aprel 2010 06:36 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini yenidən pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri aprelin 8-də saat 13.00-dan 13.20-dək fasilələrlə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 20.00-dan 20.05-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.20-dən 22.45-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 9-da saat 00.40-dan 01.05-dək isə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR