Azərbaycan hərbçiləri Qızıl Meydanda keçid ediblər

Azərbaycan hərbçiləri Qızıl Meydanda keçid ediblər
# 05 may 2010 07:37 (UTC +04:00)
Şəhər sakinlərini narahat etməmək üçün məşqlərə aviasiya qüvvələri cəlb olunmayıb. APA-nın “Mirtv”yə istinadən yaydığı məlumata görə, paradda xarici ölkələrin Silahlı Qüvvələrinin hərbçiləri də iştirak ediblər. Azərbaycan paradda sülhməramlı qüvvələr, Moldova fəxri qarovul taqımı, Ukrayna Quru Qoşunları Akademiyasının kursantları ilə təmsil olunurlar. Bundan başqa antihitler koalisiyasına daxil olan ölkələrin – Polşa, ABŞ, Böyük Britaniya və Fransanın da hərbçiləri öz nizami addımlama hərəkətləri ilə tribunanın önündən keçiblər. Paradın sonunda Böyük Vətən Müharibəsinin əfsanəvi hərbi texnikası – T-34 tankları, “Katyuşa” raket sistemləri, həmçinin ən müasir texnika sayılan “S-400” zenit-raket kompleksləri də nümayiş olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR