Azərbaycan hərbçiləri NATO ilə imzalanmış Fərdi Tərəfdaşlıq planı çərçivəsində keçirilən tədbirlərə qatılacaqlar

Azərbaycan hərbçiləri NATO ilə imzalanmış Fərdi Tərəfdaşlıq planı çərçivəsində keçirilən tədbirlərə qatılacaqlar
# 31 may 2010 07:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan hərbçiləri NATO ilə imzalanmış Fərdi Tərəfdaşlıq və bir sıra ölkələrlə imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planları çərçivəsində keçirilən tədbirlərə qatılacaqlar. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO ilə imzalanmış Fərdi Tərəfdaşlıq Planına uyğun olaraq iyunun 1-dən 3-dək Bakıda NATO Standartlaşdırma Agentliyinin ekspert qrupu tərəfindən “NATO-nun Standartlaşdırma və Uyarlılıq səyləri” mövzusunda seminar, iyunun 1-dən 4-dək Montoneqronun Budva şəhərində “Combined Endevor 2010” təliminin yekun planlaşdırma konfransı, iyunun 8-dən 10-dək İspaniyanın paytaxtı Mdrid şəhərində Quru Qoşunları kommunikasiya və informasiya sistemləri (KİS) üzrə işçi görüşü, iyunun 8-dən 11-dək Bolqarıstanın paytaxtı Sofiyada Modelləşmə və Simulyasiya üzrə 6-cı seminar və Birləşmiş Konflikt və Taktiki Simulyasiya (JCATS) istifadəçilərinin 4-cü konfransı keçiriləcək.

Bundan əlavə, Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən iyunun 1-dən 3-dək Berlində ikitərəfli qərargah danışıqları aparılacaq. Azərbaycan-ABŞ iş planına əsasən Azərbaycan zabitlərir iyunun 8-dən 2011-ci ilin mart ayınadək San-Antonio şəhərində Maddi-Texniki Təminat zabiti kursunda, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən iyunun 8-dən 10-dək İstanbul şəhərində Döyüş Atışlı Tabor Taktiki Təlimində, iyunun 7-dən 20-dək Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının 1-ci kurs dinləyiciləri Türkiyəyənin Gelibolu, Afyon, Sakarya, İstanbul şəhərlərində tanışlıq səfərində iştirak edəcək.

Azərbaycan hərbçiləri həmçinin, iyunun 9-dan 11-dək Estoniyanın Tallin şəhərində 14-cü Cənubi Qafqaz və Moldova “Clearing House” konfransına, iyunun 9 və 10-da İtaliyanın Neapol şəhərində Təhlükəsizlik sektorunda islahatlar, müdafiə və əməliyyat konsepsiyalarının inkişaf etdirilməsi mövzusunda seminara qatılacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR