Daxili Qoşunların Bakıda yerləşən hərbi hissəsinin yaranmasının 18 illiyi qeyd olunub

Daxili Qoşunların Bakıda yerləşən hərbi hissəsinin yaranmasının 18 illiyi qeyd olunub
# 16 iyun 2010 08:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən hərbi hissəsinin yaranmasının 18 illiyi qeyd olunub. APA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə Daxili Qoşunların yüksək rütbəli zabitləri ilə yanaşı hərbi hissənin veteranları da iştirak edib.

Tədbirdə qeyd olunub ki, Daxili Qoşunların ilk hərbi hissələrindən olan bu alay Ağdam, Ağdərə və Füzulidə gedən döyüşlərdə iştirak edib. Füzuli rayonunun 12 yaşayış məntəqəsi və Horadiz qəsəbəsinin Ermənistan Silahlı Qüvvələrindən azad edilməsində mühüm rol oynayıb. Döyüşlərdə «Ağdam Alayı» kimi tanınmış hərbi hissə 1999-cu ilə qədər döyüş bölgəsində xidmət edib və 4 Milli Qəhrəmanı var. Alay Bakı şəhərində ictimai asayişin qorunmasında da yaxından iştirak edib.

Hərbi hissənin komandiri Rəşadət Nəbiyev isə çıxışında şəxsi heyətin döyüş hazırlığından danışıb. Əsgərlərin döyüş hazırlığının yüksək səviyyədə olduğunu bildirib.

Daha sonra hərbi hissənin veteranları şəxsi heyət qarşısında çıxış edərək keçdikləri döyüş yolundan danışıb, hərbi hissədə əsgərlərin xidməti üçün yaradılmış şəraitlə tanış olublar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR