Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
# 30 iyun 2010 10:58 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 29-da saat 19.20-dən 19.30-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, iyunun 29-da saat 12.20-dən 12.50-dək, saat 23.05-dən 23.20-dək, iyunun 30-da saat 00.05-dən 00.10-dək, saat 00.35-dən 00.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, iyunun 29-da saat 15.00-dan 15.15-dək, saat 15.45-dən 16.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 11.00-dan 11.10-dək, 14.35-dən 14.45-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 30-da saat 04.50-dən 05.00-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR