Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
# 03 avqust 2010 07:22 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 2-də saat 23.20-dən 23.40-dək və 23.30-dan 23.55-dək Ağdam rayonunun Sarıcalı və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.50-dən 22.55-dək və avqustun 3-də saat 04.50-dən 05.20-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR