Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozub
# 06 avqust 2010 07:06 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 5-də saat 15.20-dən 15.50-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.25-dən 20.55-dək, 22.50-dən 23.05-dək və 23.25-dən 23.55-dək Tərtər rayonunun Seysulan, Göyarx və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 21.30-dan 23.55-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, avqustun 6-da saat 00.30-dan 00.40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR