Azərbaycan Dövlət Sərhəd Xidməti Akademiyasının açılışı olub

Azərbaycan Dövlət Sərhəd Xidməti Akademiyasının açılışı olub
# 10 avqust 2010 11:36 (UTC +04:00)
Məlumat verilib ki, DSX-nın Akademiyası prezident İ. Əliyevin 2007-ci il 12 iyun tarixli sərəncamı ilə yaradılmışdır. Akademiya DSX üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə təsis edilib.

Dövlət başçısı Akademiyanın Heydər Əliyev muzeyi, akt zalı, sinif otaqları, kafedralar, yeməkxana, yataqxana, kitabxana, istirahət və idman zallarındakı şəraitlə tanış olub.

Sonra Ali Baş Komandan DSX-nın Akademiyasına döyüş bayrağını təqdim edib.

DSX rəisi Elçin Quliyev çıxış edərək prezident, Ali Baş Komandan İlham Əliyevə sərhədçilər adından minnətdarlığını bildirib.

Prezident İ. Əliyev mərasimdə çıxış edib. Akademiyanın zabit və kursant heyətini bu ali hərbi təhsil ocağının açılışı münasibətilə təbrik edən dövlət başçısı onlara sərhədlərimizin toxunulmazlığının və təhlükəsizliyinin təmin edilməsi kimi müqəddəs xidmətlərində uğurlar arzulayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR