Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqda davam edirlər

Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqda davam edirlər
# 12 avqust 2010 06:43 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşi dayandırmır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri avqustun 11-də saat 09.35-dən 09.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 18.10-dan 18.20-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 07.20-dən 07.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.05-dən 17.30-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.20-dən 19.25-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, avqustun 12-də saat 01.00-dan 01.05-dək isə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR